IQNA

Mərakeşdə 6-cı Quran müsabiqəsinin final mərhələsinə start verildi

1:21 - September 28, 2025
Xəbər sayı: 3498937
İQNA - Mərakeşdə Quranın hifzi, tilavəti və təcvidi üzrə 6-cı müsabiqənin final mərhələsi dünən Fəs şəhərində başlanıb.

“İQNA”-nın “i3lamtv”-yə istinadla verdiyi xəbərə görə, müsabiqənin final mərhələsi dünən, sentyabrın 26-da Fas şəhərində start götürüb.

Üç gün davam edəcək bu yarış Mərakeşdəki Məhəmməd 6-cı Afrika Alimləri Fondu tərəfindən, fondun 48 Afrika ölkəsindəki şöbələrinin iştirakı ilə onlayn formatda keçirilir.

Bu mərhələdə 104 nəfər kişi və 13 qadın iştirakçı mübarizə aparır. Yarışlar üç istiqamətdə keçirilir:

Quranın tam hifzi və tərtili (Vərş nəqlinə görə Nafidən),

Quranın tam hifzi və tərtili müxtəlif qiraət və rəvayətlər üzrə,

Ən azı beş hizbin hifzi ilə tilavət.

Münsiflər heyəti Mərakeş, Mavritaniya, Burkina-Faso, Fil Dişi Sahili, Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Sudan, Efiopiya, Tanzaniya və Somalidən olan görkəmli alim və qarilərdən ibarətdir. Onlar iştirakçıların çıxışlarını Fəs şəhərində canlı olaraq qiymətləndirirlər.

Yarış “Zoom” platforması vasitəsilə yayımlanır, həmçinin Fasdan texniki komanda yarışın yayımına nəzarət edir.

Qeyd edək ki, Məhəmməd 6-cı Afrika Alimləri Fondu bu müsabiqənin keçirilməsi məqsədilə 2025-ci ilin may və iyun aylarında fondun Afrika ölkələrindəki şöbələrində regional seçim turlarını təşkil edib və hər bir sahə üzrə yerli müsabiqələr keçirilərək finalçıların seçilməsi təmin olunub.

Bu yarışın məqsədi Afrika ölkələrindəki müsəlman gənclər və yeniyetmələrin Quranla bağlılığını möhkəmləndirmək, onları Quranın hifzinə, tərtil və tilavətinə təşviq etməkdir. Onlayn formatda keçirilməsi isə Məhəmməd 6-cı Afrika Alimləri Fondunun müxtəlif ölkələrdəki şöbələrinin bu Qurani tədbirdə iştirakını gücləndirəcək.

4307259

Teqlər: mərakeş ، afrika ، quran ، müsabiqə ، final
captcha