IQNA

İslam dünyasına xidmət etmək üçün ISESCO Studiyasının açılışı

22:07 - November 02, 2025
Xəbər sayı: 3499138
İQNA - İslam Dünyasının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İslam dünyasına xidmət məqsədilə müxtəlif dillərdə media məzmunu istehsal edən studiyasını Mərakeşin paytaxtı Rabat şəhərindəki qərargahında istifadəyə verib.

Səudiyyə Ərəbistanı Xəbər Agentliyinin (SPA) məlumatına görə, İslam Dünyasının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Rabatdakı qərargahında media məzmununun yazılması və yayımlanması üçün müasir studiyanı istifadəyə verib. Bu addım, təşkilatın üzv ölkələrdəki media missiyasını gücləndirmək və İslam dünyasında media və məzmun istehsalı sahəsində fəaliyyət göstərən gənclərin peşəkar təlimi və bacarıqlarının artırılmasına xidmət edəcək.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik bu xəbəri elan edərək vurğulayıb ki, bu addım təşkilatın yeni media strategiyası çərçivəsində atılıb. Həmin strategiyanın məqsədi – üzv ölkələrdəki vətəndaşların ən geniş kütləsinə çata bilən müasir və qabaqcıl media mesajı formalaşdırmaq, həmçinin qlobal çağırışlar və media sahəsindəki texnoloji dəyişikliklər fonunda fərdlərin və qurumların media potensialını gücləndirməkdir.

Bu studiya öz xidmət və proqramlarını ərəb, fransız, ingilis, ispan və rus dillərində təqdim edəcək və bilik və dialoq platforması kimi fəaliyyət göstərəcək. Studiyada İslam dünyasının görkəmli ziyalıları, alimləri və ədibləri iştirak edəcək, onların İslam dünyasındakı mühüm fəaliyyət istiqamətləri və yaradıcılıq nümunələri tanıdılacaq.

4314187

captcha