“İQNA”-nın yemenshabab istinadən verdiyi məlumata görə, “Mişkatun-nur” adı ilə keçirilən bu proqramda 50 Quran hafizi ardıcıl şəkildə tilavət edərək bir məclisdə bütün vəhy ayələrini xətm etdilər.
Bu hadisə mənəvi və iman dolu bir atmosferdə baş tutdu; Quranın fasiləsiz tilavəti tədbirə özünəməxsus bir ruh qatdı.
Təşkilatçılar bildiriblər ki, bu proqram, Sıddiq Quran Mərkəzinin Quran tədrisini dəstəkləmək və tələbələrin Quran bacarıqlarını artırmaq məqsədilə həyata keçirdiyi tədris fəaliyyətləri çərçivəsində təşkil olunub.
Onlar vurğulayıblar ki, “Mişkatun-nur” proqramı bu mərkəzin Quran xətm mədəniyyətini sistemli şəkildə təşviq etmək və geniş kütlələr üçün faydalı tədris layihələri təqdim etmək məqsədi daşıyan yüksək keyfiyyətli layihələrindən biridir.
Qeyd edək ki, Quranı əzbərdən xətm etmək Yəmən və digər İslam ölkələrində Quran hafizləri arasında geniş yayılmış bir ənənədir; adətən bir gün ərzində həyata keçirilən bu proqramlarda hafizlər məsləhətçiləri və nəzarətçilərlə bir araya gələrək Qurani-Kərimi tam şəkildə əzbərdən oxuyurlar.
Məarib Yəmənin tarixi və mühüm vilayətlərindən biridir; 14 idarədən ibarətdir, 250 mindən çox əhalisi və 17 405 kvadrat kilometr ərazisi vardır.
4317639