“TRT Ərəbcə”-nin məlumatına əsasən, Federal Cinayət Polis İdarəsinin hesabatında bildirilir ki, ilin birinci rübündə 469, ikinci rübdə 316 və üçüncü rübdə 145 islamofob cinayət barədə məlumat daxil olub.
Birinci rübdə 283 şübhəlinin, ikinci rübdə 172 nəfərin, üçüncü rübdə isə 85 nəfərin kimliyi müəyyən edilib. Beş nəfər saxlanılsa da, hələ rəsmi şəkildə ittiham olunmayıblar.
2025-ci ilin yanvar–sentyabr ayları ərzində Almaniyanın müxtəlif ştatlarında məscidlərə qarşı 31 hücum qeydə alınıb ki, nəticədə 38 nəfər xəsarət alıb.
Hesabatda qeyd olunur ki, islamofobiya kimi təsnif edilən cinayətlərə nifrət nitqi, təhqir, təhdid, konstitusiyada qadağan olunan simvollardan istifadə, əmlaka ziyan vurulması və fiziki hücumlar daxildir.
Hesabatda həmçinin vurğulanır ki, bu qanun pozuntularının böyük əksəriyyəti sağ radikal ekstremistlər tərəfindən törədilib.
4317790