“İQNA”-nın “msn.com”-a istinadla verdiyi xəbərə görə, bu Quranlar Səudiyyənin Hindistandakı dini nümayəndəliyi vasitəsilə Maldivə təqdim olunub və Kral Salman bin Əbdüləzizin Maldiv müsəlmanlarına hədiyyəsidir.
Kral Fəhd Quran Çap və Nəşr Kompleksi bu Quran nüsxələrini çap edib və onları Maldivə, ölkənin məsul qurumları vasitəsilə müsəlmanlar və ehtiyacı olanlara paylanmaq üçün göndərib.
Maldivin İslam İşləri Naziri Məhəmməd Şahim Səudiyyə Ərəbistanının bu addımını yüksək qiymətləndirib və bu ölkənin İslam və müsəlmanlara xidmət, eləcə də Quran və onun müxtəlif dillərdə tərcümələrinin dünyada yayılması istiqamətindəki səylərinə görə təşəkkürünü bildirib.
Maldiv Respublikası Hind Okeanında yerləşən ada ölkəsidir və paytaxtı Maledir. Ölkənin əhalisi maldivlilərdən ibarətdir, onların mənşəyi hind-ari irqinə dayanır və Şri-Lanka və Hindistan xalqına yaxınlıq göstərir.
Ölkənin rəsmi dini İslamdır və ictimaiyyət qarşısında digər dinlərə etiqad etmək qadağandır və hüquqi məsuliyyət yaradır. Maldiv 1965-ci ildə Britaniya imperiyasından müstəqillik əldə edib. Maldiv həm əhali, həm də ərazi baxımından Asiyanın ən kiçik ölkəsidir. 540 min nəfərlik əhalinin 98 faizindən çoxu müsəlmandır.
Maldiv dövləti Qurani-Kərimi tam əzbərləyən şəxslərə — “hafiz” adını qazananlara — maliyyə yardımı ayırır. Bundan başqa, dövlət Qurani-Kərimi qoruyub əzbərləmiş uşaqlara bir dəfəlik ümrə ziyarəti hədiyyə etməyi öhdəsinə götürüb.
Bu vəsait “Quran 6” adlı fond tərəfindən təmin edilir. Maldiv İslam cəmiyyətində Qurani-Kərimin hifzi yüksək dəyər kimi qəbul edilir və dövlətin maddi mükafatı bu böyük nailiyyətin rəsmi şəkildə tanınmasıdır.
4319040