“İQNA”-nın “maktoobmedia”-ya istinadən verdiyi xəbərə görə, Hindistan rəsmiləri bu əməliyyatın Assamın Naqao bölgəsində meşəlik ərazilərdən 795 hektarın təmizlənməsi məqsədilə həyata keçirildiyini iddia ediblər.
Əməliyyat şənbə günü səhər saatlarında ciddi təhlükəsizlik tədbirləri altında Lutimari bölgəsində başlayıb.
Əvvəldən 1100-dən çox ailə evlərini tərk etmişdi. Qalan evlər isə buldozerlərdən istifadə olunaraq dağıdılıb.
Üç ay əvvəl bu ailələrə bildirişlər göndərilmiş və onlardan iki ay ərzində həmin ərazini tərk etmələri tələb olunmuşdu. Məlumatlara görə, ailələrin müraciətindən sonra boşaltma müddəti uzadılıb.
Assamın baş naziri Himanta Bisva Sarma bu addımı müdafiə edərək buldozerlə evlərin sökülməsini əks etdirən videonu yayıb.
O, videonun izahında yazıb: “Lutomari qoruq meşəsində əməkdaşlar bu gün 1441 qanunsuz tikilini heç bir problem yaşanmadan təmizlədilər. Sabah isə sonuncu 13 ev və bağların sökülməsi üçün qayıdacaqlar.”
Hüquq qrupları və fəallar dəfələrlə Assamda benqalidilli müsəlmanların məqsədli və qeyri-insani şəkildə hədəfə alınması ilə bağlı narahatlıq ifadə ediblər. Bu boşaltma və dağıntı əməliyyatı Assam hökumətinin başladığı və əsasən benqalidilli müsəlmanları hədəf alan onlarla benzeri tədbirdən ən yenisidir.
Bu ayın əvvəlində də buldozerlər Assamın Qolpara bölgəsində bir neçə mülkü dağıdıb və bu genişmiqyaslı dağıntı əməliyyatının bir hissəsi olaraq 580 ailəni evsiz qoyub.
4320166