IQNA

Maduronun məhkəməsinə sionist bir hakim təyin olundu

8:36 - January 05, 2026
Xəbər sayı: 3499536
İQNA – 93 yaşlı sionist bir hakim, Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsinə rəhbərlik edəcək.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, sionist jurnalist Ariel Kahana özünün Teleqram kanalında bildirib ki, Nyu-York ştatının 93 yaşlı yəhudi hakimi Alvin Hellerstein Nikolas Maduronun məhkəməsinə rəhbərlik edəcək. O, bundan əvvəl Venesuela müxalifətlərinin ABŞ-dan çıxarılmasının qarşısını almışdı. 

Nikolas Maduro, Venesuela prezidenti, iki gün əvvəl ABŞ-da həbs olunub və Nyu-York federal məhkəməsində mühakimə ediləcək. Xarici media və ekspertlər onun barəsindəki ittihamlarla bağlı ciddi hüquqi mübarizənin gözlənildiyini bildirirlər. 

ABŞ federal məhkəməsi tərəfindən yayımlanan ittihamnamə, böyük ölçüdə 2020-ci ildə təqdim edilən sənədin məzmununu əks etdirir. Trampın ilk prezidentliyi dövründə, 2020-ci ildə ABŞ Ədliyyə Nazirliyi Maduronu dörd ittihamla, o cümlədən narkotik terrorizmi törətmək üçün sui-qəsd və kokain ixracı üçün sui-qəsd ittihamı ilə günahlandırmışdı. İttihamnamədə Nyu-York federal prokurorları qeyd ediblər ki, Maduronun Venesuelada gücünü artırması ilə o, narkotik qaçaqmalçılığı təşkilatı olan “Günəş Karteli”nin (Cartel of the Sun) liderinə çevrilib. 

Prokurorlar iddia ediblər ki, Maduronun rəhbərliyi altında bu təşkilat gücü möhkəmləndirmək və sərvət toplamaq məqsədilə ordu, məhkəmə sistemi və kəşfiyyat qurumlarından istifadə edərək kokainin ABŞ-a daxil olması üçün yollar yaradıb. Onlar xüsusilə iddia ediblər ki, kokain Kolumbiya ilə Venesuela arasındakı sərhəd bölgələrində əkilib və daha sonra Honduras kimi Mərkəzi Amerika ölkələri vasitəsilə ABŞ-a daşınıb. 

Bu iş Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Alvin Hellerstein tərəfindən araşdırılacaq. Hellerstein 1998-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən təyin olunmuşdu və hazırda 93 yaşındadır. New York Times qeyd edib ki, Manhetten prokurorları arasında belə bir məsəld var: “Dəlilləri gizlətmək olmaz”, yəni həbsdən sonra iş, şəraitdən asılı olmayaraq, adətən davam etdirilir. Bəzi ekspertlər isə Maduronu narkotik ittihamları ilə sübut etməyin asan olmayacağını bildirirlər. ABŞ-ın sabiq yüksək səviyyəli diplomatı Brian Narahon Wall Street Journala deyib: “Günəş Kartelinin real mövcudluğunu və bu təşkilatın Maduronun rəhbərliyi altında olduğunu sübut etmək çətin ola bilər.” 

4326864

Teqlər: amerika ، venezuela ، məhkəmə ، sionist
captcha