IQNA

Amerika mənafeyinə görə öz müttəfiqlərini də qurban edir

0:52 - January 24, 2026
Xəbər sayı: 3499613
İQNA – Yəmənin Ənsarullah hərəkatının rəhbəri, Saleh əs-Səmadın şəhid olmasının ildönümü münasibətilə çıxışında, qərbə tabe olan bəzi rəhbərlərin talehinə işarə edərək vurğuladı ki, Amerika öz mənafeyini tələb etdiyi anda ən yaxın müttəfiqlərindən belə keçə bilər.

“İQNA”, “əl-Məsirə”yə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik əl-Husi Yəmən xalqının müdafiəsində və ədalət ideallarında onun böyük rolunu vurğulayaraq, görkəmli raket komandiri Saleh əs-Səmadın xatirəsini yad etdi.

O, çıxışının başqa bir hissəsində bölgə və dünyada qərbi dəstəkləyən bəzi rəhbərlərin mövcud vəziyyətinə işarə edərək dedi: "Amerikaya geniş xidmətlər göstərmiş rəhbərlər var idi, lakin Vaşinqton öz mənafeyi tələb etdiyi anda nə onların haqqını tanıdı, nə də onlara sədaqətli qaldı; əksinə, sadəcə onları kənarlaşdırdı və hətta onları satdı."

Yəmənin Ənsarullah hərəkatının rəhbəri həmçinin Amerikanın Qərbi Asiyadakı fəaliyyətlərinə işarə edərək qeyd etdi: "Vaşinqton 'Böyük İsrail' adlandırılan plan çərçivəsində, bütün regionun tənliklərini sionist mənafeləri istiqamətində dəyişdirməyin ardındadır."

4329750

Teqlər: yəmən ، Ənsarullah ، amerika ، ədalət
captcha