IQNA

Qahirə Kitab Sərgisində 50,000 Quranın Paylanması

10:56 - January 28, 2026
Xəbər sayı: 3499640
İQNA – Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğ və İrşad Nazirliyi Qahirənin 57-ci Beynəlxalq Kitab Sərgisində 50.000 nüsxə Quranı pulsuz olaraq sərgi ziyarətçilərinə paylayıb hədiyyə edib.

“İQNA”, “Əl-Yəvm” saytına istinadən xəbər verir ki, nazirlik Səudiyyə Ərəbistanının "Kral Fəhd Quran Çap Kompleksi"nin nəşrləri kolleksiyasını Misirin 57-ci Beynəlxalq Kitab Sərgisindəki ölkə stendində nümayiş etdirib və müxtəlif ölçülü 50.000 Quranı sərgi ziyarətçilərinə hədiyyə edib.

Səudiyyə stendi həmçinin müxtəlif dillərdə İslam Elektron Kitabxanasının, kəlmeyi şəhadət sözləri və virtual həcc təlimatları üçün rəqəmsal proqramların təqdimatını və bu ölkənin bu sahədəki səylərini özündə əks etdirir.

Sərgi ziyarətçiləri bu stendə daxil olaraq, virtual reallıq (VR) texnologiyası vasitəsilə Məkkədəki Məscidül-Həramın və Mədinədəki Məsci din-Nəbinin (s) müxtəlif bölmələri ilə tanış ola bilərlər.

Bu, Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyinin İslamın mesajını yaymaq, bu ölkənin beynəlxalq arenada mədəni mövcudluğunu gücləndirmək və Səudiyyə 2030 baxış bucağı məqsədləri istiqamətində səyləri çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Qahirənin 57-ci Beynəlxalq Kitab Sərgisi 23 yanvar 2026-da Misirin Beynəlxalq Sərgilər Mərkəzində başlayıb və 3 fevral 2026-ya qədər davam edəcək.

“Bir saat oxumağı dayandıran kimsə əsrlərlə geri qalır” bu ilki sərginin şüarıdır və 83 ölkədən 1457 nəşriyyat bu tədbirdə iştirak edir.

4330412

Teqlər: qahirə ، sərgi ، quran ، ərəbistan
captcha