“İQNA”, “Əs-Sədyul-Bələd”-ə istinadən xəbər verir ki, Misir müftisi Nəzir Əyyad, bu barədə ona verilən suala cavab olaraq, Quran-Kərimin təfsirində süni intellekt proqramlarından, xüsusilə "ChatGPT" proqramından istifadənin şəri hökmünü izah etdi.
Misir müftisi ölkənin rəsmi Darul-İfta saytında elan edib: “Quran-Kərimin təfsirində süni intellekt proqramlarına tam etibar etmək şəriətcə qadağandır və Quranın mənalarını onlardan müstəqil şəkildə çıxarmaq caiz deyil”.
O, bunun Allahın Kitabını təsəvvür və zənn dairəsinə düşməkdən qorumaq və elmdən kənar şəkildə yayılmasına qarşı və ya mütəxəssislər tərəfindən təsdiqlənməyən mənaların Allahın Kəlamına aid edilməsinə qarşı qorumaq məqsədi ilə edildiyini vurğuladı.
Misir müftisi dedi ki, Quranın mənalarını araşdırmaq, təfsir alimləri və tanınmış fəqihlər tərəfindən təsdiqlənmiş təfsir alətləri və qaydalarına sahib olanlarla məhdudlaşır.
Nəzir Əyyad, Allahın Kitabını qorumaq və elm, sədaqət və dəqiq bilik əsasında düzgün anlayış əldə etməkdən əmin olmaq üçün, Quran-Kərim ayələrini başa düşmək və təfsir etməkdə təsdiqlənmiş təfsir kitablarına müraciət etmək və ya etibarlı və mütəxəssis alimlərdən və habelə əlaqəli dini institutlardan soruşmaq və cavab almaq zərurətini vurğuladı.
Süni intellekt yeni dövrdə texnologiya sahəsindəki ən parlaq inkişaflardan biridir və bir çox hallar, o cümlədən dini mətnlərin emal edilməsi üçün istifadə olunur.
Süni intellekt Quran surələri ilə bağlı mövzularda böyük səhvə yol verib və bir müddət əvvəl "Facebook" sosial şəbəkəsinin bir qrup istifadəçisi “Fələq” surəsi haqqında süni intellektlə söhbətin şəkillərini yayıblar, hansı ki, süni intellekt Quran sözləri olmayan sözlərlə cavab verir və ona bu surənin səhv olduğu yazıldıqda, düzgün surəni cavabda qeyd edir.
Din alimlərinin, təbliğatçıların və fəqihlərin bir qrupu, xüsusən də Quran ayələrinin təhrifinə görə, proqramların, o cümlədən internet proqramlarının, məsələn, süni intellektin yayılması barədə xəbərdarlıq ediblər.
Alimlər dindar şəxslərdən, süni intellekt kimi tanınmayan proqramlardan və platformalardan istifadə etməmələrini və bilmələrini istəyiblər ki, Quranı və onun mətnini qorumaq bütün müsəlman qadınlar və kişilərin diqqət yetirməli olduqları bir məsuliyyətdir.
4330826