IQNA

Üçüncü “Və Rəttil” Quran müsabiqəsinin “Səqəleyn” peyk kanalından başlanması

1:00 - February 22, 2026
Xəbər sayı: 3499795
İQNA – Mübarək Ramazan ayının ilk gecəsi ilə eyni vaxtda üçüncü beynəlxalq televiziya Quran müsabiqəsi “Və Rəttil” Səqəleyn peyk kanalından yayıma başladı.
 

 

“İQNA”-nın məlumatına görə, bu müsabiqə çərşənbə axşamı gecəsi, Ramazan ayının ilk gecəsi fəaliyyətinə başlayıb və Ramazan gecələri saat 21:30-da bu kanalda efirə gedir.

Proqramın təkrarı isə ertəsi gün Məkkə vaxtı ilə saat 09:00-da yayımlanacaq.

“Və Rəttil” proqramının aparıcısı və baş redaktoru Əhməd Nəcəf bildirib ki, hər səkkiz gündən bir müsabiqənin münsiflər heyəti dəyişəcək ki, müxtəlif ölkələrin ustad və ekspertlərinin iştirakı üçün daha geniş imkan yaradılsın və müxtəlif təcrübələrdən faydalanılsın.

Müsabiqənin ilk səkkiz gününün münsiflər heyəti aşağıdakılardan ibarətdir: 

- Şeyx Munir Uqla – Suriya, səs üzrə münsif 

- Əhməd Əbdülhəkim – Misir, vəqf və ibtidalar üzrə münsif 

- Cəfər Əl-Ələvi – İraq, təcvid üzrə münsif 

- Abbas Əncum – İran, ləhn üzrə münsif

Bununla yanaşı, Səqəleyn kanalının rəhbərliyi bu yarışmanın ilkin mərhələsi üçün qeydiyyatın davam etdiyini açıqlayıb. Namizədlər 60, 88, 125, 206 və 549-cu səhifələrdən birinin tilavətindən qısa səs nümunəsi göndərməklə iştirak edə bilərlər. Maraqlananlar öz tilavət səslərini WhatsApp vasitəsilə 00989999914320 nömrəsinə göndərə bilərlər.

kod

4335747

captcha