“İQNA”-nın “CNN”-ə istinadən verdiyi məlumata görə, Tramp bildirib ki, “İran təklifini təqdim edənədək və danışıqlar nəticəyə çatana qədər atəşkəsi uzadacağıq.”
ABŞ prezidenti deyib: “Silahlı qüvvələrimə göstəriş vermişəm ki, (dəniz) mühasirəsini davam etdirsinlər, tam döyüş hazırlığında qalsınlar və lazım gəldikdə hərəkət edə bilsinlər.”
Tramp iddia edib: “Pakistan ordusunun komandanı feldmarşal Asim Munir və Pakistanın baş naziri bizdən İrana hücumumuzu təxirə salmağımızı xahiş etdilər.”
Bununla yanaşı, BMT-nin sözçüsü Stefan Düjarik bu gün (çərşənbə axşamı, yerli vaxtla) jurnalistlərə bildirib: “Bizim qəti ümidimiz budur ki, Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında danışıqlar bərpa olunsun, atəşkəs uzadılsın və diplomatiya tam şəkildə işə düşsün.”
Ramazan ayında İran əleyhinə 40 günlük müharibə Tehranın yerli vaxtı ilə çərşənbə günü sübh saatlarında (19 fərvərdin 1405; ABŞ-ın şərq vaxtı ilə 7 aprel 2026) Tehran–Vaşinqton arasında Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs razılaşması ilə dayandırıldı. Bu atəşkəs müharibəyə son qoymaq və daimi sülhə nail olmaq üçün danışıqlar aparılması məqsədi daşıyırdı və İran–ABŞ danışıqları hələ də davam edir.
4347926