IQNA

İmam Əlinin (ə) hərəmi Qədir-Xum bayrağını Həzrət Məsumənin (s) hərəminə hədiyyə etdi

19:46 - May 31, 2026
Xəbər sayı: 3500447
İQNA – İmam Əlinin (ə) hərəminin heyəti Qədir bayramı bayrağını Qum şəhərindəki Həzrət Fatimə Məsumənin (s) müqəddəs hərəminə və Cəmkəran məscidinə hədiyyə edib.

“İQNA”-nın İmam Əlinin (ə) hərəminin məlumat portalına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Qədir Həftəsi çərçivəsində, İmam Əli (ə) müqəddəs hərəminin ictimaiyyətlə əlaqələr şöbəsindən bir heyət Qədir bayramı bayrağını Həzrət Fatimə Məsumənin (s) müqəddəs hərəminə və Qumdakı Cəmkəran məscidinə hədiyyə edib.

İmam Əlinin (ə) hərəminin rəsmilərindən Kərrar əl-Musəvi bu barədə deyib: "Qədir bayrağı, Həzrət Məsumə (s) hərəminin bir sıra rəsmilərinin iştirakı ilə Hüseyninəjad (hərəm müttəvəlisinin müşaviri) təqdim edildi. Bu görüşdə bu ətirli münasibətin keçirilməsi üçün hazırlıqlar müzakirə edildi."

O əlavə edib: " İmam Əlinin (ə) hərəminin heyəti həmçinin Müqəddəs Cəmkəran məscidini ziyarət etdi və məscid müttəvəliyi Höccətül-İslam Seyid Ocaqnejad tərəfindən qarşılandı. Qədir bayrağı bu böyük münasibətin təntənəli mərasimlərində iştirak etmək üçün hədiyyə edildi. Bu ziyarət birgə proqram və fəaliyyətlərin müzakirəsini əhatə edirdi."

O vurğulayıb: " İmam Əlinin (ə) hərəminin heyəti, səfərinin davamında, əvvəlcədən müəyyən edilmiş proqram çərçivəsində Tehran və müqəddəs Məşhəd şəhərlərini ziyarət edəcək."

İmam Əlinin (ə) hərəmi Zilhiccənin 18-də, Böyük bayram münasibətilə təşkil edilən Beynəlxalq Qədir Həftəsi fəaliyyətləri, bu Hərəmin vahid dini, mədəni və xidməti proqramları vasitəsilə bu mübarək münasibəti dirçəltmək səylərinin davamlılığını vurğulayır ki, bu da İraq daxilində və xaricində vilayət əsaslarının və Mövla Əmirəl-möminin (ə) həyat tərzinin möhkəmlənməsinə kömək edir.

4354970

captcha