IQNA

“Ziyarət Aşura: Başlanğıcdan bu günə” kitabının ingiliscə tərcüməsi Amazon saytında satışa çıxarılıb

12:04 - June 15, 2026
Xəbər sayı: 3500545
İQNA – Seyid Mehdi Mahmudinin müəllifi olduğu “Ziyarət Aşura: Başlanğıcdan bu günə” kitabının ingiliscə tərcüməsi beynəlxalq Amazon saytında satışa təqdim olunub.

“İQNA”-nın “Ziyarət Aşura” ixtisaslaşdırılmış Telegram kanalına istinadən verdiyi məlumata görə, höccətül-islam Seyid Mehdi Mahmudinin bu əsəri artıq ingilisdilli oxucuların istifadəsinə verilib.

Bu kitab Ziyarət Aşuranın tarixi, sənədliyi, məzmunu və ədəblərini araşdırır. Müəllif analitik bir baxışla bu məşhur ziyarətnamənin İmamların (ə) dövründən bu günə qədər olan mənşəyini, sənəd baxımından etibarlılığını və təkamül prosesini tədqiq edərək, onun şiə mədəniyyətindəki yerini izah edir.

Müəllif rəvayət və tarixi mənbələrə istinad edərək Ziyarət Aşuranın etibarlılığını təhlil edir, onun şiələrin dini və mənəvi rituallarına təsirini göstərir. Eyni zamanda, bu ziyarətnamə ilə bağlı irəli sürülən şübhələrə cavab verir və onun şiəliyin siyasi-ictimai mübarizələrindəki rolunu araşdırır.

“Ziyarət Aşura: Başlanğıcdan bu günə” kitabı iki hissədən ibarətdir. Birinci hissədə «Misbahul-Mütəhəccid» və “Muxtəsər Misbahul-Mütəhəccid” əsərlərinin əlyazma nüsxələrinin çoxsaylı şəkilləri təqdim olunur ki, burada Ziyarət Aşuranın son cümləsindəki təqiyyə izləri aydın şəkildə müşahidə olunur.

Həmçinin birinci hissənin davamında “Alimlərin Ziyarət Aşurada sirr saxlamağı” fəslində əlyazma nüsxələri və tarixi araşdırmalara əsasən, “Misbahul-Mütəhəccid” (Nəqqaş Razi nüsxəsi), “Minhacus-Salah”, “Zəxirətul-Axirə” və “Kamiluz-Ziyarat” kitablarında təqiyyənin baş verdiyi və buna görə də Ziyarət Aşuranın son cümləsinin bu kitablarda fərqli şəkildə qeyd olunduğuna dair dəyərli dəlillər göstərilir.

Kitabın ikinci hissəsində VI-XIII (hicri) əsrlərə aid 110 əlyazma nüsxəsində Ziyarət Aşuranın təsvirləri verilmişdir. Bu 110 nüsxədə Ziyarət Aşuranın son hissəsi məşhur formada yazılmışdır ki, onların arasında ən mühümü VI əsrin böyük şiə alimi İbn Sükun tərəfindən köçürülmüş “Muxtəsər Misbahul-Mütəhəccid” nüsxəsidir.

Müəllifin fikrincə, bu qiymətli nüsxə İbn Sükun tərəfindən qələmə alındığı üçün elə bir əhəmiyyət və etibara malikdir ki, məşhur Ziyarət Aşuranın əsilliyini sübut etmək üçün təkbaşına kifayətdir.

 

عرضه ترجمه انگلیسی «زیارت عاشورا از آغاز تا امروز» در سایت آمازون

4357904

captcha