İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “grench.ru” xəbər saytına istinadən verdiyi xəbərə görə DAEŞ (Şam və İraq İslam Dövləti) terror qruplaşmasının İraqın paytaxtı Bağdadda dövlət silahlı qüvvələri tərəfindən saxlanılmış bir üzvi Suriya terroristlərinin Ərəbistandan 150 milyon dollar maddi yardım aldıqlarına etiraf edib.
DAEŞ terror qrupunun saxlanılmış bu üzvinin dediyinə görə terroristlər bu maddi köməyin qarşılığında İraqda dini qarşıdurmalar yaratmalı, Ənbar əyalətində terrorlar həyata keçirməli imişlər.
Əl-Qaidə terror qruplaşmasına bağlı olan DAEŞ (Şam və İraq İslam Dövləti) terror qruplaşması İraqın Ənbar əyalətində və Suriyada Ərəbistanın birbaşa maddi yardımları və silah-surat təchizatı ilə müxtəlif terrorlar həyata keçiriblər.
1353308