IQNA

Türkiyədə ilk dəfə:

Hicablı bir xanım Parlamentin Şikayət Komissiyasının rəisi oldu

12:31 - January 13, 2014
Xəbər sayı: 1358376
Xarici şöbə: Bir müddət öncə “İslami örtüyü və hicabı” geyim olaraq seçmiş Xanım Şah Kulübü Kunal - Türkiyənin “Adalet ve Kalkınma” (Ədalət və İnkişaf) partiyasının Türk Böyük Millət Məclisindəki nümayəndəsi, Parlamentin Şikayət Komissiyasının rəisi oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qərbi-Asiya şöbəsinin verdiyi xəbərə görə bir müddət əvvəl “İslami örtüyü və hicabı” geyim olaraq seçmiş Xanım Şah Kulübü Kunal - Türkiyənin “Adalet ve Kalkınma” (Ədalət və İnkişaf) partiyasının Türk Böyük Millət Məclisindəki nümayəndəsi, parlamentarilərin böyük əksəriyyətinin rəyini qazanaraq Parlamentin Şikayət Komissiyasının rəisi oldu. 

Xanım Şah Kulübü Kunal, Türkiyə Böyük Millət Məclisinin 17 nəfərdən ibarət olan qadın millət vəkilləri qrupudan bu işi öhdəsinə götürən üçüncü qadındır.

Qeyd edək ki, cari ilin Həcc mərasimi tamam olduqdan sonra Türk Böyük Millət Məclisinə dörd nəfər İslami örtüklü qadın daxil oldu ki, bu məsələ bəzi partiyaların etirazı ilə qarşılandı. Amma bu iş Tütkiyədə qadınların parlamentdə dini geyimdə fəaliyyət göstərməsi üçün icazə alınmasına səbəb oldu. 

1357938

captcha