İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alwihdainfo" informasiya saytına istinadən verdiyi xəbərə görə Əbakar Saben – Mərkəzi Afrikanın sabiq Turizim naziri, öz çıxışlarında Mərkəzi Afirkada "Banqui" müsəlmanları xaçpərəst (məsihi) silahlı qruplaşmalarının hücumlarına qarşı mübarizə aparmaq üçün "Mərkəzi Afirkanın Müsəlman Müqaviməti" təşkilatı təsis etdilər.
Əbakar Saben vurğuladı: "Bu təşkilat indiyədək 5 min nəfərdən çox üzv qəbul edibdir ki, "anti blaka" ifratçı silahlı qruplaşması ilə mübarizə aparmağı öz öhdəsinə götürmüşdür. Və icazə verməyəcəklər ki, ifratçı məsihilər müsəlmanların evlərinə hücum çəkərək yandırsınlar".
Müsəlmanların bu addımına səbəb dövlətin onları qorumaqda ləyaqətsiz olduğu olub. Dövlət onları xaricilərdən və ifratçı məsihilərdən qoruya bilmədi.
O, məsihilərin cinayətlərinə işarə edərək dedi: Məsihilər müsəlmanların evlərinə hücum edir və qışqırırdılar ki, "siz Mərkəzi Afriqa vətəndaşı deyilsiniz, buranı tərk edin"! İndi biz öz hüquqlarımız qorumaq üçün hansı vasitədən istifadə edək!
O çıxışının davamında dedi: Yeni təşkilatın üzvləri tam təchizatlanıb və hər bir hücuma cavab verməyə hazırdırlar! Müsəlmanların qətliamının davam etməsinə icazə verməyəcəyik!