İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "huffington post" qəzetinə istinadən verdiyi xəbərə görə "Terry Jones" – Amerikanın Florida ştatının bədnamlıqla tanınan keşişi ki, özünü Quran yandırmaq və İslami müqəddəsləri təhqir etməklə məşhurlaşdırmaq arzusundadır, bu dəfə də iyun ayının 14-də Amerikanın "bayraq günü" bayramında Mişiqan əyalətinin "İslam Mərkəzi"nin qarşısında anti-İslam aksiya keçirməyi qərarlaşdırıb.
Bu üzdən iraq amerikalı keşiş ki, "İslam həmin şeytandır" adlı bir kitab da nəşr etdiribdir, öz internet səhifəsində yazıb: Bu aksiyanın keçirlmə məqsədi İslam şəriətinin qanunlarına etiraz ki, bu qanunlar Amerikada söz azadlığı üçün ciddi təhlükədir.
Əyalətin "Dearborn" şəhərinin meri "John B. O'Reilly, Jr" bildirib ki, "Terry Jones"in qərarı qeyri-Amerikandır, amma eyni halda onun söz azadlığı hüququ qorunur.
"Dearborn" şəhərində çoxlu sayda müsəlmanlar yaşayır və onların təqribən 40%-i ərəbdirlər.
Əlbəttə, bu birinci dəfə deyil ki, "Terry Jones" – bu, üzdən iraq amerikalı keşiş İslam əleyhinə "Dearborn" şəhərində yürüş keçirdir.
O, 2012-ci ildə də Amerikanın Mişiqan əyalətinin "İslam Mərkəzi"nin qarşısında üç saatlıq anti-İslam aksiya keçirməyi planlaşdırmışdı ki, müsəlmanların və polisin dəxaləti ilə aksiya yerindən uzaqlaşdırıldılar.
Amerikanın Mişiqan əyalətinin "İslam Mərkəzi"nin Amerika və İslam əlaqələri şurasının müdiri "Davud Vəlid" müsəlmanlardan istəyib ki, onun aksiyaya dəvətinə laqeyd yanaşaraq onun arzusunu gözündə qoysunlar. O, heç bir iş görə bilməyəcək və onbeş dəqiqə özünü göstərdikdən sonra nakam geri qayıdacaq.