IQNA

Qəzzədən son xəbərlər;

Misirdə "atəşkəs" müzakirələri

17:43 - August 08, 2014
Xəbər sayı: 1437023
Beynəlxalq qrup: Qəzzədə üç günlük atəşkəs başlandıqdan və İsrail hərbi qüvvələrinin regiondan geri çəkilməsindən sonra sionist rejimin müzakirə heyəti Misirə yola düşüb.


 



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Qəzzədə üç günlük atəşkəs başlandıqdan və İsrail hərbi qüvvələrinin regiondan geri çəkilməsindən sonra sionist rejimin müzakirə heyəti Misirə yola düşüb. Bu heyət avqust ayının 5-də Qahirəyə daxil olaraq Misirin Təhlükəsizlik Nazirliyinin rəisi Fərid Təhami ilə görüş keçirib. Bundan öncə fələstinli heyətlərdə Qahirədə Misir rəsmiləri ilə görüş keçiriblər.


Bu addım fələstinli qruplarla Qəzzədə daimi atəşkəs müqaviləsi bağlamağı müzakirə etmək üçün atılıb.


Atəşkəs müzakirəsi Misir Təhlükəsizlik idarəsinin üzvləri ilə fələstinli və israilli tərəflər arasında həyata keçirilib.


Bu atəşkəs üç gün müddətində avqust ayının 5-dən etibarən həyata keçiriləcək.


Qəzzə şəhidlərinin adları açıqlandı




Fələstin Səhiyyə nazirliyi sionist İsrail quldurları tərəfindən bir ay müddətində həmləyə məruz qalmış Qəzzədə şəhid olanlardan 1452 nəfərin adlarını açıqladı.


Şəhid və yaralıların çoxu qeyri-nizamilər və mülki sakinlərdir. Qurbanların 4-dən biri uşaqlardır.


İsrail sionist rejiminin son hücumlarında Qəzzədə 1867 fələstinli şəhid olmuş və 10 min nəfərdən çox insan yaralanmışdır. Bu hücumlar zamanı 500 min nəfər fələstinli evindən didərgin düşmüşdür. Hal-hazırda Qəzzə zolağında hücumlar və uzun müddətli mühasirə nəticəsində vəziyyət gərgin olaraq qalır.


Qəzzənin qarşıdakı əsas problemi; Uşaqların psixi və ruhi durumu




Həla Əs-Səfadi – PRES TV-nin jurnalisti, bu barədə hazırladığı reportajda deyir: "Qəzzə uşaqları sionistlərin törətdiyi cinayətlərdən şoka düşmüş və çox pis bir psixi durumdadırlar. Onlar danışmaqdan qorxurlar. Mən reportaj hazırlamaq üçün onların heç biri ilə söhbət edə bilmədim. Onlar ətraflarındakı baş verənləri dərk edə bilmirlər. Onlar öz dost və valideynlərinin ölümünə şahid olurlar... Bu atəşkəs Qəzzə sakinlərinə fürsət verir ki, öz evlərinə qayıtsınlar və evlərinin hasnı vəziyyətdə olduğunu görsünlər. Viranlığın çoxluğundan bu regionun yenidən qurulması uzun müddətli bir zaman və illərlə vatx aparacaq".

Teqlər: qəzzə ، israil ، sionist ، fələstin ، misir ، misr
captcha