IQNA

Bakı evsahibliyi edəcək;

“İslam Sivilizasiyasında Elm və Texnologiya” beynəlxalq toplantısı

23:49 - October 14, 2014
Xəbər sayı: 1460265
Beynəlxalq qrup: “İslam Sivilizasiyasında Elm və Texnologiya” beynəlxalq toplantısı gələn ilin Fevral ayının 19-dan 22-dək Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İRCİCA” xəbər agentliyinin rəsmi internet səhifəsinə isinadən verdiyi xəbərə görə “İslam Sivilizasiyasında Elm və Texnologiya” beynəlxalq toplantısı 2014-cü milad ilinin Fevral ayının 19-dan 22-dək Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində keçiriləcəkdir. Bu toplantı Türkiyənin İslam Mədəniyyəti, İncəsənəti və Tarixi Tədqiqat Mərəkəzinin təşəbbüsü və Bakı “Xəzər Universiteti”nin həmkarlığı ilə keçiriləcəkdir.



Müsəlmanlar İslamın ilk əsirlərindən müxtəlif sivilizasiyalardan yeni elmlər mənimsəmək və onların tərcüməsi ilə yanaşı bəşəriyyət üçün digər yeni elmlərin təsisçisi də olmuş və müxtəlif elmlərin tarixdə ilk əsaslarını da qoymuşlar.



Quran-Kərimin elm və biliyi himayə edən əsas prinsipləri müsəlmanların bəşər elminin inkişafındakı rolunda dərin təsirə malik olmuşdur.



İslam dünyasında əsasları qoyulan müxtəlif elmlər sonralar dünyanın müxtəlif yerlərində yayılmağa başlamış və digər sivilizasiyalara da keçmişdir. Buna görə də dünyanın elmi və texnoloji inkişafı müsəlman alimlərinə də borclu sayılır.



Bu toplantıda da İslamın astronomiya, coğrafiya, həndəsə, fizika, tibb, kimiya, mexanika, memarlıq, incəsənət və dənizçilik kimi elmlərin inkişafında tərisindən danışılacaq. 1459663     

captcha