İQNA İran İslam xəbər agentliyi Dikkathaber-ə istinadən bildirir ki, konfransda Dini işlər ali komitəsinin üzvü Sadik Eraslan, Adıyaman müftisi Mehmet Ali Özsütçü, Kahta müftisi Burhan Barut, Kahta merinin müavini Ahmet Akkaş iştirak edib.
Kahta müftisi Burhan Barut öz çıxışında bildirib ki, konfransın məqsədi müsəlmanların diqqətini Peyğəmbərin həyat yolu və mənəviyyatını yada salan 3 aya – rəcəb, şəban, ramazan aylarına yönəltməkdir.
Konfransda çıxışlardan sonra dini nəğmələr, mədhiyyələr oxunub. Konfrans Aləmlərin Rəbbinə həmd-səna ilə başa çatıb.
613060