IQNA

Türkiyədə Fələstin filmləri festivalı başa çatdı

13:31 - July 13, 2010
Xəbər sayı: 1955030
Beynəlxalq sector: 8 iyulda Türkiyədə fəaliyyətə başlamış Fələstin filmləri festivalı artıq yekunlaşıb. Festival UKSD beynəlxalq mədəniyyət və incəsənət mərkəzində Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə keçirilib.
İQNA İran Quran xəbər agentliyi Star-a istinadən bildirir ki, festival “Atam Həyfalıdır” filmi ilə işə başlayıb. Filmin rejissoru Danimarkada yaşayan Ömər Şərqavidir. Rejissor bildirib ki, İsrailin Mavi Mərmərə gəmisinə hücumu mövzusunda filmin çəkilişinə hazırlaşır. Ömər Şərqavi fələstinlilərin məzlumanə mübarizəsini dəstəklədiyi, onların haqq səsinin dünyaya çatdırdığı üçün Türkiyə dövlətinə minnətdarlığını bildirirb.

613526
captcha