İQNA İran Quran xəbər agentliyi xəbər verir ki, yığıncaq ötən gün Moskvada baş tutub. Moskvadakı şiə cəmiyyətlərinin, Dağıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan nümayəndələrinin qatıldığı yığıncaqda Məhdəviyyət mövzusunun bəşəri müstəviyə çıxarılması yolları, onun sülh və sabitliyə verəcəyi töhfələr müzakirə edilib. Məclisdə İraq alimlərindən olan Əhməd Bəhrülulum çıxış edib. Alim Məhdəviyyət mövzusu ilə bağlı Quran ayələrini yada salaraq mövzunun əhəmiyyətiniu vurğulayıb. Hazırda Moskva şiələrinin peyk anteni ilə yayımlanan teleşəbəkəsi var və hazırkı mövzu həmin şəbəkə də geniş işıqlandırılır.
615336