IQNA

13:37 - August 17, 2010
Xəbər sayı: 1975507

İslam dünyasının böyük şəxsiyyətləri Misiri ittiham etdi

Beynəlxalq sektor: İslam dünyasının yüzdən artıq tanınmış şəxsi Misir hökuməti və Misirin turizm nazirindən BMT-nin insane haqları komitəsinə şikayət edib.

İQNA İran Quran İnformasiya Agentliyi BERASA mənbəsinə istinad xəbər verir ki, tanınmış İslam şəxsiyyətləri Misir hökuməti və Misirin turizm nazirliyini Əhli-beyt (ə) ziyarətgahlarına səfər layihəsinə mane olduqları üçün ittiham edib. Ölkə ərazisindəki İmamzadələrin ziyarəti layihəsi ölkənin şiə rəhbəri Məhəmməd əl-Dərini və sabiq nazir Məmduh əl-Bəltaci arasında razılaşdırılsa da bu günədək icra edilməyib. Layihə ildə bir milyon turistin Misirə gəlişinə şərait yaratsa da hökumət hər vasitə ilə onun qarşısını alır.

634658
captcha