IQNA

13:55 - August 27, 2010
Xəbər sayı: 1982063
Beynəlxalq sektor: İslam Konfransı Təşkilatının “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi”nin (İRCİCA) təşəbbüsü ilə Türkiydə Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək.
İQNA İran Quran İnformasiya Agentliyi Türkiyənin Zaman agentliyinə istinadən xəbər verir ki, bu toplantıya dünyanın 40 ölkəsindən 80-dən artıq tanınmış şəxs qatılacaq. “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi”nin (İRCİCA) baş direktoru Halit Eren bildirib ki, konfransla bağlı bir neçə ay öncə müsəlman dövlətlərin xarici işlər nazirlərinin Tacikistanda keçirilən yığıncağında razılıq əldə edilib. Konfrans 5 sentyabrda işə başlayacaq. Xatırladaq ki, 2010-cu il Türkiyədə Quran ili elan edilib.

642520
Ad:
E-poçt:
* Comment:
* captcha: