IQNA

13:46 - September 04, 2010
Xəbər sayı: 1987003

DEVAMM İsrail rejiminin qarşısında aksiya keçirən vətəndaşların həbsini qətiyyətlə pisləyir

Beynəlxalq şöbə: DEVAMM İsrail rejiminin qarşısında aksiya keçirən vətəndaşların həbsini qətiyyətlə pisləyir.

İQNA Quran Xəbər Agentliyi: Beynəlxalq Qüds günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminin Azərbaycandakı nümayəndiliyi qarşısında aksiya keçirmiş vətəndaşların böyük bir qrupu polis tərəfindən saxlanılmışdır. Saxlanılanlardan 25 nəfəri hələ də azadlığa buraxılmamışdır.
DEVAMM bu olayı qətiyyətlə pisləyir, bunu insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, dinc aksiyaçıların saxlanılması – özünüifadə azadlığının və sərbəst toplaşmaq azadlığının aşkar pozulması deməkdir. Aksiyaçıların hüququ pozulmuşdur, onların Konstitusiyada təsbitr edilən fundamental haqlarına etina edilməmişdir. Eyni zamanda, onlara qarşı diskriminasiyalı yanaşma təzahür edilmişdir – digər hallardan daha sərt cəzalar tətbiq edilmişdir.
DEVAMM həbs edilən vətəndaşların hüquqlarının təcili surətdə bərpasına və onların dərhal azadlığa buraxılmasına çağırır. “Deyerler”
captcha