İQNA Quran Xəbər Agentliyinin , "OİC" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İslam Konfransı Təşkilatı (İKT) -nın İslamofobiya bölməsinin sözçüsü bu hərəkəti pisləyib. " Xudahafiz Məscid" adlanan bu oyunda, oyunçu məscidləri, minarələri, məsciddə azan deyənləri hədəfə alaraq məhv etməlidir. Bu cür oyunların yayılması Avropada islamofobiyanın geniş yayılmasına nümunədir və Avstriya və dünyanın digər regionlarında mömin və müsəlmanlarının nifrətinə səbəb olub", -deyə sözçünün bəyanatında deyilir.
Onun bəyanatında həmçinin bildirilir ki, çox təssüflüdür ki, İslam dini onun rəsmi dinlərindən biri kimi sayılan Avstriya kimi bir ölkədə siyasi bir partiya seçkilərdə qələbə qazanmaq məqsədi ilə İslamı təhqir edir və dünya müsəlmanlarının narahatçılığına səbəb olur.
O Avstriya hökumətini bu oyunu yayılmasının qarşısını almağa və qadağan etməyə çağırıb.
Avstriyanın ifratçı sağçı partiyası olan "Azadlıq" partiyası Ostirya əyalət seçkiləri qabağı avqustun 30-da "Xudahafiz Məscid" adlı online oyunu yayımlamışdı. Sentyabrın 3-də isə Avstriya rəsmiləri bu oyunu ölkədə qadağan edib. Bu oyunun yayımlanması Avstriyanın Sosial-Demokrat və Yaşıllar partiyasının, İslami cəmiyyətlərin və Katoliklərin narazılığına səbəb olub.
648365