IQNA

18:19 - September 15, 2010
Xəbər sayı: 1994929

Almaniya televiziyası İslam dini barəsində sənədli film yayımlayacaq

Beynəlxalq şöbə: Almaniyanın «ZDF» televiziya kanalı 15 sentyabrda İslam dini barədə sənədli film yayımlayacaq.

İQNA Quran Xəbər Agentliyinin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniyanın ən baxımlı televiziyası olan «ZDF» televiziya kanalında 15 sentyabr axşam saat 22:15 dəqiqədə “İslam hara gedir” adlı sənədli film yayımlayacaq. Bu filmdə İslam dininin prinsipləri, İslamda cihad, İslam şəriətinin məfhumu, Quran təlimləri, Müsəlmanların inancı, Quranın nazil olma tarixi və İslam dininin hökümləri barədə izləyicilərə məlumat veriləcək.
Filmin 1-ci hissəsi sentyabrın 13 də elə bu kanaldan yayımlanıb. 655372
captcha