IQNA

12:23 - October 07, 2010
Xəbər sayı: 2008205
Mədəniyyət və incəsənət şöbəsi: Türkiyə Ali Təhsil Şurasının sədri universitetlərdən hicablı tələbələrin elmi işçilər, müəllimlər tərəfindən qovulmasını qadağan edən qərar qəbul edib və bu qərarı icrası üçün universitetlərə göndərib.
İQNA Quran Xəbər Agentliyinin Əl-Aləm xəbər saytına istinadən məlumat verir ki, bu qərar hicablı qadınları dəstəkləmək məqsədi ilə verilib. Qərarda Türkiyə universitetlərində rektorlar tərəfindən hicablı tələbələrə qarşı təzyiqlər və onların universitetdən çıxarılması qadağan edilib.
Türkiyə Ali Təhsil Şurası İstanbul universitetinin rektoruna qərarın surətini göndərib və tələb edib ki, qərar icra olunsun. Həmçinin qərarın icrasında səhlənkarlıq edənlərə qarşı ciddi ölçü götürüləcəyi bildirib.
Türkiyədə hicabla bağlı verilmiş yeni qərar gözlənilməz olub. Ona görə ki, bu ölkənin konistitusiyasında elmi işçilər və müəllimlər hicablı müsəlman qızların universitetdən qovmağa icazə verir. 669179
Ad:
E-poçt:
* Comment:
* captcha: