İQNA Quran agentliyinin “İSESCO” saytına istinadən məlumatına əsasən, İslam ölkələri təhsil nazirlərinin (İCMHESR) beşinci iclasında müsəlman ziyalı qadınlar kanalının yaradılması və onun nizamnaməsinin hazırlanması, İslam dünyası universitetləri mərkəzinin məruzəsi, İSESCO baş katibinin məruzəsi və s. müzakirə olunacaq. Bundan başqa İslam ölkələrində Nano texnologiyası və islami ölkələrin öhdəlikləri və texnologiyası sahəsində iki sənəd də müzakirəyə çıxarılacaq.
İclas çərçivəsində “İslam ölkəlrəində elm və texnologiyası sahəsində qadınların rolunun artırılması” mövzusu ilə bağlı dəyirmi masa keçiriləcək. İCMHESR-in ilk iclası 2000-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.
673907