IQNA

“Əhli-Beyt” peyk kanalının yayımı dayandırılıb

13:31 - October 21, 2010
Xəbər sayı: 2017044
Beynəlxalq şöbə: Naylsat peyki ilə yayımlanan “Əhli-Beyt (ə)” peyk kanalının yayımı dayandırılıb.
İQNA Quran agentliyi “Rasid” xəbər kanalına istinadən məlumat verir ki, Misirin Rabitə Nazirliyi şiə məzhəbinin yayılmasının qarşısını almaq məqsədi ilə “Əhli-Beyt (ə)” kanalını Naylsat peykindən yayımını qadağan edib.
Bu barədə Misirin Rabitə naziri Ənis Əl-Üfiqi keçirdiyi mətbuat konfransında bildirib ki, Əhli-Beyt (ə) peyk kanalının yayımı digər məzhəblərin inancını təhqir etdiyi üçün müvəqqəti olaraq dayandırılıb.
O həmçinin iddia edib ki, Əhli-Beyt (ə) peyk kanalının yayımın dayandırılması ilə bağlı qərarı Naylsat peyk kanalları yayımı şirkəti rəhbərləri verib.
Onlar bu qərarı bu kanalın verlişlərini araşdırdıqdan sonra kanlın digər məzhəbləri təhqir etdiyi qənaətinə gəliblər.
Əhli-Beyt (ə) peyk kanalının baş ofisi İraqda yerləşir. Bu kanal şiə məzhəbinin təlimlərini yaymaq və Vəhhabilərin yaratdığı şübhələri cavablandırmaqla məşğuldur. İndiyədək bu kanalın verlişllərində digər məzhəblər təhqir olunmayıb.
Misirin Rabitə nazirliyi həmçinin 20 kanala o cümlədən Kuveytin “Əl-Ənvar” peyk kanalına xəbərdarlıq verib. 679043
captcha