IQNA

13:33 - October 21, 2010
Xəbər sayı: 2017045

ƏL-Əzhər Universitetinin islami araşdırmalar asambeleyası Misirin Quran nəşr edən çapxanalarına xəbərdarlıq edib

Beynəlxalq şöbə: Əl-Əzhər Universitetinin İslami araşdırmalar asambeleyası Misirin Quran nəşr edən çapxanalarında xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, çap səhvləri olan Quranlar nəşr edərlərsə onların fəaliyyət lisenziyaları əllərindən alınacaq.

İQNA Quran agentliyi Mühit xəbər saytına istinadən məlumat verir ki, Əl-Əzhər universitetinin İslami araşdırmalar asambeleyası sonuncu iclasında bildirib ki, bəzi çapxanalar nəşr etdikləri Quranlarda səhifələmə və çap səhvləri olmasına baxmayaraq bu Quranları yenidən nəşr edirlər.
İclasda bildirilib ki, indəyədək bu asambeleyaya çap olmuş QUranlarda səhvlərin olması ilə bağlı çoxlu şikayətlər olunub. Çapxanalar belə səhvləri yenidən təkrar edərlərsə onların fəaliyyət lisenziyaları ləğv olunacaq.
Əl-Əzhər Universitetinin şeyxi Əhməd ƏL-TƏyyib Misirdə çapında səhvlər olan Quranların çap olunmasının qarşısını almaq məqsədi ilə “Şərif Səhifənin Çap asambeleyasını” təsis etmək istəyir.
678935
captcha