IQNA

14:30 - October 28, 2010
Xəbər sayı: 2021272

Bakıda "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında seminar keçiriləcək

Beynəlxalq şöbə: Oktyabrın 28-də Bakıda “Quran üslubu və onun ərəb dilinə təsiri” adı altında seminar keçiriləcək.

İQNA Quran Agentliyi Azərbaycanın “Trend” agentliyinə istinadən məlumat verir ki, “Quran üslubu və onun ərəb dilinə təsiri” seminarında ərəb dilli ekspertlər və tanınmış şəxsiyyətlər iştirak edəcək.
Tədbirdə Azərbaycanın tanınmış ərəbşünasları, ziyalılar və Misir Mədəniyyət Mərkəzinin direktoru Adil Dərviş ştirak edəcək.
Seminar Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında keçiriləcək. Misir Mədəniyyət Mərkəzi 2009-cu ildə Azərbaycan İslam dünyası mədəniyyət paytaxtı seçilməsi münasibəti ilə ərəb dili kurlsarı təşkil etmişdi.
captcha