İQNA Quran agentliyi Əhli-Beyt (ə) saytına istinadən məlumat verir ki. Çin Xalq Respublikasında Əhli-Beyt (ə)-a xüsusi ilə Fatimə Zəhra (ə)-a diqqət və maraq çoxdur. Buna görədir ki, bu ölkədə bir gün Həzrət Fatimənin (ə) günü adlandırılır. Bu səbəbdən Əhli-Beyt (ə) asambeleyası bu ölkədə ilk dəfə olaraq o həzrətın adı və şəxsiyyəti ilə bağlı xüsusi buraxılışlı jurnal çap edib. Jurnal 70 səhifədir və dörd rəngdə dəyişkən dizaynla çap edilib.
Xüsusi buraxılışda Həzrət Fatimə (ə)-ın hərəkətləri, mənəviyyatı, əxlaqı, siyasəti , ictimai və ailəvi hərəkətləri araşdırılıb və O həzrətin kəlamları dərc olunub.
Jurnalın çap olunmasından məqsəd müsəlmanları xüsusi ilə qadınları və gənc nəsli O həzrətin həyatı ilə tanış etməkdir. 686930