İQNA Quran agentliyi OCI saytına istinadən məlumat ver ki, İKT baş katibi İkmaləddin İhsanoğlu bəyanat yayaraq bildirib ki, noyabrın 2-də BMT baş asambeleyasında fevral ayının ilk həftəsini “Dinlər arasında uyğunlaşma beynəlxalq həftəsi” kimi təsdiqləməsi İKT-nin dinlərarsı dialoqun keyfiyyətini artırmaq üçün yürütdüyü siysatə uyğundur . “ İhsanoğlu İKT-ya üzv ölkələrdən bu həftədən yaxşı faydalanmağı və bu yolla dialoq mədəniyyətinin səviyyəsinin artırılması, dinlərarasında dözümlülük və qarşılıqlı anlaşmaya köməklik etsinlər.
İhsanoğlu müxtəlif insanların bir-birinin yanında sülh şəraitində yaşamasını təmin etməyin İKT-nin qarşısına qoyduğu məqsədlərdən biri olduğunu bəyan edib. “Dinlər arasında uyğunlaşma beynəlxalq həftəsi dünyanın bütün xalqları üçün bir-birinin yanında sülh, sakitlik və qarşılıqlı anlaşma şəraitində yaşamağı təmin etmək üçün əlverişli fürsətdir”, -deyə İhsanoğlu deyib. 687889