IQNA

İranın “Nur” İslami elmlər araşdırmalar kompüter mərkəzi Tacikistanda sərgidə iştirak edəcək

23:09 - November 04, 2010
Xəbər sayı: 2025608
Beynəlxalq şöbə: Tacikistanda İran Expo 2010 sərgisi keçiriləcək. Bu ölkənin “Nur” İslami elmlər araşdırmalar kompüter mərkəzi bu sərgiyə qatılacaq.
“Nur” Mərkəzinin xarici əlaqələr üzrə direktoru Əlirza Əhmədlu İQNA Quran agentliyinə açıqlamasında bildirib ki, İran Expo 2010 sərgisi Tacikistanda noyabrın 13-17-də bu ölkənin paytaxtı Doşənbədə təşkil olunacaq.
Əhmədlu əlavə edib ki, sərgidə İrandan 70 şirkət Ticarət inkişafı təşkilatının rəsmi icazəsi ilə qatılacaq. “Sərgiyə İranın sənaye və mədənlər nazirliyinin təşkilatları, ticarət təşkilatları, əyalət başçılarının təşkilatları, İran ticarət inkişafı təşkilatından şirkətlər iştirak edəcək”, -deyə Əhmədlu deyib. 688398
captcha