İQNA Quran agentliyi timeturk internet saytına istinadən məlumat verir ki, İslam Peyğəmbərinin həyatı və hədis araşdırmaları yarışmasının dördüncü dövründə maqistratura və doktorluq pillələrinin kurs işləri və mövzu ilə bağlı məqalələr iştirak edəcək.
Doktorluq və maqistraturaçıların kurs işlərini yanvar ayının sonuna kimi və məqalə ilə iştirakçı olmaq istəyənlər isə fevral ayının birinə kimi “İslam Peyğəmbərinin (s) qeyri müsəlmanlarla əlaqələri” mövzusunda öz məqalələrini info@sonpeygamber.info e-mailinə göndərməlidirlər.
Yarışmada birinci yerin sahibinə 7 min türk lirəsi, ikinci yer 5 min lire və üçüncü yerə isə üç min lirə məbləğində pul hədiyyə veriləcək.
Maraqlanan şəxslər ətraflı məlumat üçün www.sonpeygamber.info saytına müraciət edə bilərlər. 688979