İQNA Quran agentliyi Darul-Hədis elmi mədəni müəssisəsinə istinadən məlumat verir ki, Reyşəhri əlavə edib ki, indiyədək 25 min əlyazma nüsxəsi bu mərkəzdə toplanıb və ümid edirəm yaxın iki – üç ay ərzində mərkəzin rəsmi açılışını təşkil edəcəyik.
Reyşəhri əlavə edib ki, mərkəzin gələcək prespektiv proqramında bu mərkəzdə 90 min əlyazma toplanılması nəzərdə tutulub.
O əlavə edib ki, hazırda çap olumuş kitabların bəziləri onların əlyazması ilə fərqli çap olunur. Bu məsələ araşdırmaçılar üçün əhəmiyyət kəsb edir. Bu cür mərkəzin fəaliyyəti araşdırmaçılara islami əlyazmaların əslindən istifadə etmək imkanı yaradır.
Reyşəhri əlavə edib ki, yaxın üç ay ərzində mərkəzin rəsmi açılış mərasimində mərkəzdən istifadə qaydaları açıqlanacaq. 688422