İQNA Quran agentliyi “Rasid” xəbər kanalına istinadən məlumat verir ki, Qətif şəhərinin “İmam Cavad (ə)” heyəti bəyanat yayaraq bildirib ki, İmam Məhəmməd Təqi (ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimləri bu gecə yerli vaxtla saat 20:30-da “Əl-Əsif” hüseyniyyəsində təşkil olunacaq. Mərasimdə Ərəbistanın şiə alimlərindən olan “Seyid Hüseyn Əl-Sadat” İmam Cavad (ə) –ın şəxsiyyəti haqda çıxış edəcək, sonra nohələr oxunacaq və əzadarlıq ediləcək.
Həmçinin Demam şəhərinin “Seyyid-ul-Şühəda” əzadarlıq heyəti İmam Cavad (ə) əzadarlıq məclisini təşkil edəcək. Mərasimdə Abbas Əl-Məhrus çıxış edəcək. Bundan başqa İmam Cavad (ə) əzadarlıq məclisləri Səudiyyə Ərəbistanın Əl-Əvamiyyə şəhərinin Əl-Abbas və “Ümmül-Hümam” şəhərinin “Əl-Zəhra” hüseyniyyələrində təşkil olunacaq. 689575