IQNA

Müsəlmanlığı yeni qəbul etmiş 50 nəfər pulsuz həcc ziyarətinə göndərilib

22:11 - November 09, 2010
Xəbər sayı: 2028985
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanda yerləşən “Yeni müsəlman olmuşlar beynəlxalq birliyi” bu il 50 nəfər yeni müsəlmanlığı qəbul etmiş şəxsi pulsuz həcc ziyarətinə göndərib.
İQNA Quran agentliyi “medya73” -ə istinadən məlumat verir, birlik son illər ərzində dünyanın müxtəlif ölkələrindən 400 nəfər yeni müsəlmanlığı qəbul etmiş şəxsi Həcc ziyarətinə göndərib.
“Yeni müsəlman olmuşlar beynəlxalq birliyi” bu ilki proqramında 50 nəfər üçün həcc ziyarətindən başqa, Məkkə və Mədinə şəhərlərində islami muzeyləri və yerləri gəzdirəcəklər.
Birliyin rəsmilərinin açıqlamasına görə, dünyanın hər bir nöqtəsində müsəlmanlığı yenicə qəbul etmiş şəxslər həcc ziyarətinə getmək istəyirlərsə www.4newmuslims.org saytında fomranı doldurmaqla bu işi görə bilərlər. 690899

captcha