İQNA Quran agentliyi “Hurriyet” saytına istinadən məlumat verir ki, İKT bu bəyanatı verməsinə səbəb sionist rejiminin Qüdsdə daha 1000 yeni binanın tikilməsinə icazə verməsi olub. Ehsanoğlu İsrail rejiminin belə bir layihəni icra etməsini Fələstin xalqının hüquqlarının taplanması kimi dəyərləndirib və deyib ki, bu Cenevrə konvensiyası və beynəlxalq qanunlara zidd bir hərəkətdir.
İKT baş takibi bəyanatda həmçinin bildirib ki, İsrail rejimi bu cür işlər görməklə Qüdsün islami mahiyyətini nabud etmək istəyi və bu şəhəri Yəhudilərin şəhərinə çevirmək istəyir. O əlavə edib ki, sionistlərin belə addımlar atmaqdan digər bir məqsədi də Qüdsdəki müsəlmanları güncə sıxışdırmaq və ifratçı yəhudilərin fəaliyyətlərini genişləndirməkdir. Bu kimi işlərin görülməsi beynəlxalq qanunlara ziddir və bir növ beynəlxalq ictimaiyyətlə mübarizə aparmaq deməkdir.
Ehsanoğlu beynəlxalq ictimaiyyətdən və Yaxın Şərqdəki güclü ölkələrdən istəyib ki sionist rejim rəsmilərinə təzyiq göstərərək onların belə iş tutmasının qarşısını alsınlar. 692749