IQNA

Məkkədən Minaya və Ərəfata gedən qatarın birinci fazasının açılışı olub

16:11 - November 14, 2010
Xəbər sayı: 2031923
Beynəlxalq şöbə: “Müqəddəs məkanlara” Məkkədə zəvvarları daşımaq üçün tikilməkdə olan dəmir yolunun birinci fazası bu gün istifadəyə verilib. Bununla Mina, Müzdəlifə, Ərəfat və Cəmarat körpüsünə Hacılar bundan sonra qatarla gedə biləcəklər.

İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, “Müqəddəs məkanlar” qatarı üçün çəkiləcək dəmir yolu layihəsinin bütün fazaları icra olunarsa hər bir saat ərzində 100 zəvvar daşınacaq. Birinci fazanın icrası ilə nəzərdə tutulub ki, cari ilin həcc mövsümündə qatar 175 min zəvvarı daşıyacaq. Dəmir yolunun çəkilişi gələn il tamamlanacaq. Dəmir yolunun tikilməsi tıxacın aradan qaldırılmasına böyük təsir göstərəcək və 35 min avtobus və minik maşınının sayı qədər zəvvarı daşıya biləcək. Dəmiryolunun ikinci fazası Məkkə şəhərini “Ümmül-Qura” yoluna birləşdirəcək. Bu dəmir yolu həmçinin Məkkə və Mədinə şəhərlərini Ciddə şəhərinə birləşdirəcək. “Müqəddəs məkanlar” qatarı sentyabr ayında 30 gün müddətinə sınaq üçün fəaliyyət göstərmişdi. Bu qatarın istifadəyə verilməsi ilə zəvvarların Allah evindən Ərəfat çölünə və Müzdəlifəyə getməsi üçün 5 dəqiqə vaxt lazım olacaq. Eləcə də zil-hiccə ayının 10-da Müzdəlifədən Mina çölünə getmək üçün də 5 dəqiqə vaxt sərf olunacaq. 694208
captcha