İQNA Quran agentliyi OİC saytına istinadən məlumat verir ki, İhsanoğlu təbrikində Qurban bayramını ilahi rəhmət bayramı olduğunu deyib və əlavə edib ki, bu bayram günündə milyonlarla müsəlmanın Ərəfat dağında toplaşması islam xalqları arasında birliyin olması və ixtilaflardan çəkinməsi zəruriliyini xatırladır.
O əlavə edib ki, müsəlmanlar hazırkı dövrdə onların əleyhinə çəkilmiş çirkin planlardan yayınmaq üçün daha çox birliyə ehtiyacları var. “İslami xalqlar öz müqəddəs dəyərlərini xüsusi ilə Qüdsdən müdafiə etmək üçün və sionist rejimin bu şəhəri yəhudiləşdirməyə olan səyləri ilə mübarizə etmək üçün bir – biri ilə birləşməyə daha çox ehtiyacı var”, -deyə İhsanoğlu deyib.
İhsanoğlu Pakistanda təbii fəlakətdən ziyan görmüş şəxslər, hökumətlər və QHT-lərə təşəkkürünü bildirib və islami ölkələrin Pakistan xxalqına öz yardımlarını davam etdirməyə çağırıb. İhsanoğlu həmçinin təbii fəlakətlər baş verərkən müsəlman xalqlarına tez bir zamanda yardımlar etmək üçün yeni bir təşkilatın yaradılması təklifi ilə çıxış edib. 695844