IQNA

Səudiyyə Ərəbistanda Qurani Kərimi virtual məkanda öyrənmək üçün internet səhifəsi istifadəyə verilib

22:42 - November 18, 2010
Xəbər sayı: 2033687
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanda virtual məkanda Qurani Kərimin öyrənilməsi məqsədi ilə “Nureyn” adlı uzaqdan Qurani Kərimin tədrisi layihəsinin icrasına başlanılıb.
İNQA Quran agentliyi “Ər-Riyad” qəzetinə istinadən məlumat verir ki, “Nurayn” Quran Bİrliyinin üzvi Yusif bin Məhəmməd ƏL-Məhus deyib ki, bu layihə müxtəlif hissədə icra olunur. Birinci hissədə Qurani Kərimin təfsiri , hədis və fiqh əsasları sahəsində dərslər tədris olunur.
O əlavə edib ki, ikinci bölmədə virtual məkanda internet istifadəçilərinə Qurani Kərimin tədrisidir. Bu hissədə yeni texnologiyadan istifadə edərək Qurani Kərimin əzbər oxuma qaydaları onlara tədris olunur. Əl-Məhusun sözlərinə görə, layihənin üçüncü hissəsində Quran tədris kurslarınn icrası qaydaları, müəllimlər və Qurani Kərimin əzbər oxumasını öyrədən xeyriyyə cəmiyyətləri üçün kursların idarə olunma qaydaları öyrədilir. Əl-Məhus əlavə edib ki, maraqlananlar elearning.norayn.com saytına müraciət edərək bu layihədə iştirak etmək üçün adlarını yazdıra bilərlər. 696823
captcha