İQNA Quran agentiyi ISESCO saytına istinadən məlumat verir ki, hər iki təşkilat Qüdsdə mədəniyyət fəaliyyətləri proqramlarının icrası üçün maliyyə yardımlar edirlər.
ISESCO və Beynəlxalq İslami Dəvət Birliyinin ayırdı maliyyə yardım Qüds kitabxanalarında əlyazma kitabların saxlanılması , bərpa olunması , islami tarixi abidələrin bərpası və təhsil proqramlarının icrasına xərclənəcək. Həmçinin maliyyə yardım Qahirədə Qüds mədəniyyət günlərinin keçirilməsi, Fələstin mədəniyyət müəssisələrini dəstəkləmək və Fələstin demokrasiya və mətbuat mərkəzi proqramlarının icrasına xərclənəcək.702311