İQNA Quran agentliyi İranın Quran fəaliyyətlərinin inkişafı mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Mərasimdə İran prezidentinin müavini , Mədəni İrs, əl işləri və Turizm təşkilatının sədri Həmid Bəqayi və İranın İslami İrşad və Mədəniyyət nazirinin müavini , Quran fəaliyyətlərinin inkişafı mərkəzinin sədri Həmid Məhəmmədi iştirak edəcək.
Təqdimat mərasimi keçiriləcək Quran İranlı sənətkar Möhsin Fuladi tərəfindən ağacdan hazırlanıb.
Təqdimat mərasimi dekabrın 4-də İranın paytaxtı Tehranda İslami İrşad və Mədəniyyət nazirliyinin Sinama məsələri üzrə idarənin konfrans zalında keçiriləcək. 704620