IQNA

23:43 - December 04, 2010
Xəbər sayı: 2042110

Türkiyədə “İslam və iqtisad” mövzusunda simpozyum təşkil olunacaq

Beynəlxalq şöbə: Türkiyə iqtisadçılar birliyinin təşəbbüsü ilə “İslam və İqtisad” mövzusunda üçüncü simpozyum dekabrın 11-də İstanbulda öz işinə başlayacaq.

İQNA Quran agentliyi “dunyabulteni” saytına istinadən məlumat verir ki, simpozyum yerli vaxtla səhər saat 11-də təşkil olunacaq. Konfransda Türkiyənin iqtisadçılar birliyinin üzvləri, Türkiyənin müxtəlif universitetlərindən müəllimlər və parlament nümayəndələri iştirak edəcək.
Bu simpozyumda İslama maliyyə sistemi, İslami Bankçılıq, İslamda ictimai siyasətlər, islami idarəetmə, İslami sığorta və digər məsələlər müzakirə olunacaq.
Simpozyumda İstanbul iqtisadçılar birliyinin rəyasət heyətinin üzvi Süleyman Özdəmir, Türkiyənin Fatih universitetinin elmi heyətinin üzvi Selim Zaim , İstanbul Universitetinin rektoru Yunus Söylet , Parlament nümayəndəsi Sami Güçlü, Sabahattin Zaim araşdırma mərkəzinin sədri Sedat Murat, Cihangir Akın universitetinin müəllimi Durmuş Günay və digər iqtisadçı ekspertlər iştirak edirlər. 705988
captcha