IQNA

9:02 - December 09, 2010
Xəbər sayı: 2044936

Madriddə Tasua və Aşura günü əzadarlıq məclisləri təşkil olunacaq

Elm və Təfəkkür şöbəsi: İran İslam Respublikasının İspaniyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin Madrid şəhərində Tasua və Aşura günləri əzadarlıq məclisləri təşkil olunacaq.

İQNA Quran agentliyinin İranın İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən verdiyi məlumata əsasən, əzadarlıq məclislərində Madriddə yaşayan yerli müsəlmanlarla yanaşı, orada yaşayan İranlılar da qatılacaq.
Əzadarlıq məclisləri Tasua axşamı başlayacaq və üç gün təşkil olunacaq. Xütbələr oxunacaq, nohələr və rozələr deyiləcək.
Bundan başqa Tasua və Aşura günü İspaniyanın digər şəhərlərində yaşayan şiələr tərəfindən də əzadarlıq məclisləri təşkil olunacaq. 708867
captcha