IQNA

9:23 - December 09, 2010
Xəbər sayı: 2044944

Qətərdə məktəblilər üçün "Quran surələrini düzgün oxu" adlı layihə icra olunur

Beynəlxalq şöbə: Qətərin "Əl-Nur" Quran fəaliyyətləri üzrə mərkəzin təşəbbüsü ilə "Quran surələrini düzgün oxu" layihəsi çərçivəsində "Fatihə" surəsinin hifz və tilavəti ibtidai sinif şagirdləri üçün təşkil olunub.

İQNA Quran agentliyinin "Əl-Şərq" qəzetinə isitnadən verdiyi məlumata əsasən, bu layihə ötən həftə başlayıb və bir ay müddətinə ölkənin bütün bölgələrində icra olunacaq.
Əl-Nur Quran fəaliyyətləri üzrə mərkəzin direktoru Nof Əl-Fəzalə bu haqda bildirib ki, layihənin icrasında 13 məktəb və Qətərin bütün şəhərlərindəki Quran hifz etmə mərkəzləri əməkdaşlıq edir. Layihə ölkənin bütün regionlarında ibtidai sinif şagirdləri üçün icra olunur.
O deyib ki, layihənin icrası ilə çalışılır ki, ibtidai sinif şagirdləri Fatihə surəsinin tilavəti, hifzi və mənasının dərkini tam öryənsinlər. "Bu layihə çərçivəsində həmçinin ibtidai sinif şagirdlərinin ailələri üçün də müsabiqələr təşkil olunur və onlardan Fatihə surəsi haqda suallar soruşulur", -deyə Əl-Fəzalə deyib. 709002
captcha