IQNA

0:33 - December 10, 2010
Xəbər sayı: 2045164
Beynəlxalq şöbə: Parisin böyük məscidi ötən illərdə olduğu kimi, bu ildə bu şəhərdə qış mövsümündə evsiz və kasıblara yardım etmək məqsədi ilə yardım kompaniyasına başlayıb.
İQNA Quran agentliyi mosquee-de-paris saytına istinadən məlumat verir ki, Fransanın paytaxtı Parisin ən böyük məscidi 24 ildir ki, qış mövsümündə evsizlərə, küçədə qalanlara və kasıblara yardım aksiyası təşkil edir.
Parisin Böyük məscidi öz vebsaytında bəyanat yayaraq bildirib ki, dekabrın 2-dən 2011- ci ilin mart ayının 20 -nə kimi hər gün saat 17:30-dan 19:45-dək yardım aksiyası təşkil edəcək. Bu aksiya çərçivəsində hər gün 500 nəfərə isti yeməklər paylanacaq.
Fransanın ən böyük məscidi Parisin Böyük Məscididir. Bu ibadət ocağı birinci dünya müharibəsindən sonra Fransa müsəlmanlarının şəhidlərinin xatirəsinin əziz tutulması məqsədi ilə tikilib. 709188
Ad:
E-poçt:
* Comment:
* captcha: